"Mingəçevir tekstil” cərimələnib
11:24 03 İyul 2021
"Mingəçevir tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.
Femida.az xəbər verir ki, MMC-yə İnzibati Xətalar Məcəlləsinin 483-cu (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
İş hakim Günay Cavadovanın icraatına verilib.
Bu xətaya görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilir.
Oxunub: 968
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevir sakinləri narkotikin təsiri altında mağazalardan oğurluq edib
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevir sakini dəm qazından zəhərlənib
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb