85 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı, ölənlər var


11:12     04 İyul 2021 21_07_04_1625381267.jpg

Filippində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" "Agency France Presse"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təyyarədə 85 nəfər olub. Ölkə ordusunun generalı Sirilito Sobehana bildirib ki, qəzaya uğrayan C-130 təyyarəsinin alovlanan qalıqları altından 40 nəfər xilas edilib. Qeyd edilir ki, hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.


"Hadisə yerində xilasedicilər işləyir, biz onların həyatının xilas olunması üçün dua edirik", - general deyib.

Yerli mətbuat ordudakı mənbələrə istinadən qəza zamanı azı 17 nəfərin həlak olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 336