Ağstafa Rayon Polis Şöbəsi səyyar xidmət keçirib
13:34 04 İyul 2021
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun əməkdaşları rayon ərazisində fiziki məhdudiyyətli vətəndaşlaırmıza şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmət keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az- a verilən məlumata görə, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən tədbir rayonun Köçəsgər və Mollacəfərli kəndlərində baş tutub. Səyyar xidmət zamanı ümumilikdə 20-dən çox vətəndaşın sənədləri qəbul edilib. Onların arasında azyaşlılar da olub.
Sakinlər onlara göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Ağstafa RPŞ-nin kollektivinə öz təşəkkürlərini bildiriblər.
Oxunub: 1197
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafanın qazla təchizatında fasilə yaranacaq
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb