Goranboy sakinində narkotik aşkarlanıb


09:07     17 İyul 2021 heroin%20narkotik.jpg



Goranboy sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Anar Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə rayon ərazisindəhərəkətdə olan zaman saxlanılaraq, polis şöbəsinə gətirilib.

Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 1.58 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 886