Goranboyda avtomobil aşıb, xəsarət alanlar var


21:19     30 İyun 2022 22_06_30_1656609615.jpg

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az-ın məlumatına görə, hadisə Balakürd kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər - 1948-ci il təvəllüdlü Murad Paşayev, 1959-cu il təvəllüdlü Tamella Muradova və 2012-ci il təvəllüdlü H.Paşalı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan M.Paşayevin vəziyyəti ağır, digərlərinin orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 273