2218 nəfər toylara buraxılmadı


10:34     27 İyul 2021 2021/07/8b3c7-1627368451_1627368771.jpg

Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.

Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyulun 26-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.


Femida.az

Açar sözlər: #Toy    

Oxunub: 846