Əliyev və Sarkisyan Minskdə görüşə bilər


02:12     05 Yanvar 2016 eliyevle%20sarkisyan%20gorusu.jpg


Minsk Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün meydança ola bilər.

Bu barədə Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib.

Səfirin sözlərinə görə, Qarabağ kimi münaqişələri `qaynar` yox, `soyuq` formada həll etmək üçün danışıqlar lazımdır: “ Məhz ATƏT-in Minsk qrupunun hədəfi də elə budur. Əminəm ki, danışıqlar başlayan zaman tərəflərin bir-birilərini anlaması üçün zəmin yaranır. Əgər biz bir-birimizi anlayırıqsa, onda əlavə elementlər meydana çıxır. Mən əminəm ki, bu doğru olan yeganə yoldur. “Qaynar” mərhələyə keçilmədən danışıqlar”.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-u İsveçrənin paytaxtı Berndə bir araya gəliblər.

Açar sözlər:

Oxunub: 1007