Tovuz sakinini elektrik cərəyanı vurub


21:00     09 Avqust 2021 2021/08/611151822c2e8611151822c2e91628524930603b1e649fdab23fbcaec01667112890_1628528497.jpg

Tovuzda bədbəxt hadisə baş verib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kazımov Kazım Mobil oğlunu avtomobil yuma məntəqəsində elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, 27 yaşlı kişi elektrik cərəyanı ilə ehtiyatsız davranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1002