Tovuzda avtomobil aşıb, xəsarət alanlar var


14:58     07 Mart 2022 22_03_07_1646639157.jpg

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində kənd sakinləri - 1997-ci il təvəllüdlü T.Abbasov və 2000-ci il təvəllüdlü E.İbrahimov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 519