Qubada cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər
09:02 15 Avqust 2021
Qubada atasının avtomobilindən oğurluq edən şəxsi görən azyaşlı oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb.
Hadisə Əliməmmədoba kəndində qeydə alınıb.
Bir neçə gün əvvəl Əliməmmədoba kənd sakini 11 yaşlı E.Həsrətov yaşadığı evin qarşısında atasına məxsus minik avtomobilindən naməlum şəxsin oğurluq etməsinin şahidi olub. Həmin şəxs azyaşlını gördükdə dərhal ərazidən uzaqlaşıb. Lakin bir neçə gün sonra E.Həsrətovu qaçıraraq, kəndin kənarına gətirib və gördüklərini kiməsə danışacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.
Naməlum şəxsin əlindən xilas olmağı bacaran azyaşlı başına gələnləri valideynlərinə danışıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Kənd sakinləri yeniyetmənin növbəti dəfə qaçırılacağından ehtiyat edərək, nəzarət tədbirləri həyata keçirməyə başlayıblar. Bu gün gecə saatlarında sakinlər kənd ərazisinə qeydiyyat nişanı olmayan avtomobilin hərəkət etdiyini müşahidə edərək, onu saxlayıblar. Qonşu Hacıhüseynli kəndindən olan 2 nəfər Əliməmədobaya niyə gəldiklərini əsaslandıra bilməyib. Bundan şübhələnən sakinlər polisə məlumat veriblər.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın yekununda saxlanılan şəxslərin təqsirkar olub-olmaması məlum olacaq.(Report)
Femida.az
Oxunub: 477
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb