Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO


17:40     16 Avqust 2021 2021/08/611a43fe31dea611a43fe31deb1629111293611a43fe31de6611a43fe31de8_1629121357.jpg

Bakının Suraxanı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində əsasən Suraxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Qeyd edək ki, Ramin Nuriyev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Rəmiş” adından istifadə edirmiş. Bundan başqa, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Azər İmanov, Mehbalı Rzayev, Fərman Əliyev,Orxan İbrahimov və Rəşad Əsgərov da saxlanılıb. Bu şəxslərdən də külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 453