Paytaxtda kütləvi dava olub, xəsarət alan var


12:59     13 Mart 2022 22_03_13_1647157325.jpg

Bakıda kütləvi dava olub.

Femida.az məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə zamanı 2004-cü il təvəllüdlü Şeləmənov Zaur Rauf oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 345