Rüşvət alan həkim barəsində cinayət işi başlanılıb
16:22 18 Avqust 2021
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri müəyyən edilib.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, xəstəxananın baş həkimi vəzifəsini icra edən, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib.
Yaşar Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.
Kərimov Yaşar Məlik oğlunun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Femida.az
Oxunub: 1202
Oxşar xəbərlər
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Rüşvət alan həkimə elektron qolbaq taxılacaq - MƏHKƏMƏ
- Rüşvətə görə həbs edilən məmurlar apellyasiya şikayəti verib
- Rüşvət alan şəxsin ibtidai istintaqı başa çatıb
- Rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayıb
- Rüşvət üstündə tutulan DGK-nın şöbə rəisinə 4 il həbs cəzası verildi
- Rüşvətlə sosial yardım "düzəldən" şəxs saxlanıldı
- Rüşvət alan direktorun cinayət işi üzrə istintaq başa çatıb
- Rüşvət almaqda təqsirləndirilən məmurların məhkəməsi başlayır
- Rüşvət alarkən tutulan vergi işçilərinin məhkəməsi başlayır