Rüşvət alan həkimə elektron qolbaq taxılacaq - MƏHKƏMƏ
18:14 08 Fevral 2022
Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimova hökm oxunub və o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Femida.az -ın əldə etdiyi məlumata görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.
İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.
Oxunub: 346
Oxşar xəbərlər
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Rüşvətə görə həbs edilən məmurlar apellyasiya şikayəti verib
- Rüşvət alan həkim barəsində cinayət işi başlanılıb
- Rüşvət alan şəxsin ibtidai istintaqı başa çatıb
- Rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayıb
- Rüşvət üstündə tutulan DGK-nın şöbə rəisinə 4 il həbs cəzası verildi
- Rüşvətlə sosial yardım "düzəldən" şəxs saxlanıldı
- Rüşvət alan direktorun cinayət işi üzrə istintaq başa çatıb
- Rüşvət almaqda təqsirləndirilən məmurların məhkəməsi başlayır
- Rüşvət alarkən tutulan vergi işçilərinin məhkəməsi başlayır