Əfqanıstan prezidenti Əşrəf Qaninin kiçik qardaşı Həşmət Qani Talibanın tərəfinə keçib.


15:39     21 Avqust 2021 2021/08/6F47ACEC-64A0-49C7-BE05-A3D461F7AE2C_1629545178.png


Femida.az xəbər verir ki, bu barədə Taliban rəsmiləri məlumat yayıb.

Qeyd edək ki, bundan öncə yerli "Shamshad News" telekanalı terror qruplaşmasının rəhbəri olan Xəlil Əl-Rəxman Haqqani ilə keçmiş baş nazir, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar arasında görüş keçirildiyini bildirmişdi. Görüşün təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.


Femida.az

Açar sözlər: #Əfqanıstan    

Oxunub: 651