Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
10:47 26 Avqust 2021
ABŞ prezidentdi Co Baydenin baş tibb müşaviri, eləcə də Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi koronavirus pandemiyası ilə bağlı proqnozlar verib.
"Haber Global” bildirir ki, həkim önümüzdəki aylarda vəziyyətin daha da pisləşəcəyini bildirib.
Fauçi Vaşinqtonda təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı pandemiyanın bitməsini insanların davranışlarından, xüsusən də peyvənd olunma istəyindən asılı olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər dünya əhalisi kütləvi şəkildə vaksinasiyadan keçirilsə 2022-ci ilin yaz aylarında pandemiyanın başa çatmasından danışmaq, tədricən normal həyat şərtlərinə qayıtmaq mümkün olar.
Həmçinin, prezident müşaviri ölkəsində hələ 90 milyon nəfərin peyvənd olunmadığını diqqətə çatdırıb.
Oxunub: 1109
Oxşar xəbərlər
- Koronavirusun insan beyninə təsiri məlum olub
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb