Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub


10:30     15 Fevral 2022 22_02_15_1644905319.jpg

Bakıda koronavirusa görə bağlanan 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə Femida.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin müəllim-şagird heyəti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - idarədən qeyd edilib.

Açar sözlər:

Oxunub: 1216