Lavrov Ermənistan və Azərbaycanı ritorikanı yumşaltmağa çağırıb


16:35     31 Avqust 2021 2021/08/lavro-1630414109_1630415484.jpg

Dağlıq Qarabağ münaqişəsinin dayandırılmasına imkan verən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsini ətraflı müzakirə etdik.

Femida.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, minalanmış ərazilərin xəritələrinin verilməsi də daxil olmaqla bir sıra məsələlər, həmçinin məhbusların azad edilməsi müzakirə olunub.

Lavrov hər iki tərəfi ritorikanı ciddi və əhəmiyyətli dərəcədə yumşaltmağa çağırıb.

"Bunun yekun və tamhüquqlu bir nizamlanma üçün şərait yaradacağına şübhəm yoxdur", - XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, hazırda söhbət imzalanmış sənədlərin icrasından, təhlükəsizliyin təmin olunmasından və etimadın bərpasından gedir.

Nazir Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupun xüsusi rolunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1245