Əşrəf Qaninin Əfqanıstandan BƏƏ-yə necə getdiyi məlum olub
11:33 03 Oktyabr 2021
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin ölkəni necə tərk etdiyi açıqlanıb.
Femida.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht e Subh Daily” qəzeti keçmiş liderə yaxın mənbəyə istinadən məlumat yayıb.
Belə ki, Ə.Qani əvvəlcə xidməti helikopterlə Özbəkistana, oradan isə Qazaxıstanın “FlyJet” aviaşirkətinin təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.
Bir neçə helikopter passportları olmayan 54 nəfəri Özbəkistanın Termez şəhərinə aparıb. Helikopterlərdə Ə. Qani ilə yanaşı onun köməkçiləri və mühafizəçiləri olub.
Termiz aerodromunda Qani ilə yanaşı milli təhlükəsizlik müşaviri Həmdullah Muhib, prezident administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzli və ətrafı 31 saat ərzində 200 -dən çox özbəkistanlı hərbçi tərəfindən mühafizə edilib.
31 saatdan sonra ağ təyyarə hava limanına gələrək 60 nəfəri BƏƏ-yə aparıb.
Oxunub: 807
Oxşar xəbərlər
- Elnur Əşrəfoğlu vəfat etməyib - YENİLƏNİB
- Elnur Əşrəfoğlu ECMO cihazından ayrılıb" - "Yeni Klinika"
- Əfqanıstanın keçmiş prezidentinin mühafizəçisi: “Əşrəf Qani ölkədən milyonlarla dolları aparıb”
- Əfqanıstan prezidenti Əşrəf Qaninin kiçik qardaşı Həşmət Qani Talibanın tərəfinə keçib.
- Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub
- Əşrəf Qaninin Azərbaycana səfəri başa çatıb
- Məhəmməd Əşrəf Qani Azərbaycana gələcək
- Prezident Əşrəf Qani ilə görüşüb - Yenilənib
- Əşrəf Hüseynovun 110 illiyi qeyd olunacaq
- Bala Cəfərlidən nəşi gələn balamız - Ləman Ələşrəfqızı Çingizdən yazır