Bakıda ağır yol qəzası oldu


09:59     04 Oktyabr 2021 2021/10/842AED6C-3C79-447D-AE2A-ACB7DAEBB0B4_1633323226.png

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Xətai rayonu ərazisində “Lada” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Qəza   #Bakı   #Ölüm    

Oxunub: 818