Komada olan erməni futbolçu ölüb


16:44     17 Oktyabr 2021 2021/10/5119895e-6f49-34bf-8d9c-dc533e0603fa_850_1634475930.jpg

Ermənistanın "Şirak" komandasının futbolçusu Lernik Kazaryan dünyasını dəyişib.

Femida.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc oyunçu müalicə aldığı xəstəxanada ölüb.

O, sentyabrın 5-də baş vermiş avtomobil qəzasından sonra komaya düşmüşdü.

Qeyd edək ki, Kazaryan 44 günlük müharibə zamanı işğalçı Ermənistan ordusunun sıralarında olub.

Femida.az

Açar sözlər:

Oxunub: 798