“Hər bir manat nəzarət altındadır” - Nazir


15:41     28 Oktyabr 2021 2021/10/unnamed_1635420234.jpg

"Gənclər və İdman Nazirliyi layihələrin maliyyələşdirilməsində bütün normalara riayət edir".

Femida.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, nazirliyin layihələrə nəzarət mexanizmləri mövcuddur: “Biz istədiyimizi edə bilmərik. Xərclənən hər bir manat nəzarət altındadır”.

Nazir gənclərə dəstəklə bağlı müəyyən layihələrin olduğunu da vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 343