“Hər bir uşağın adına gömrükdən 500 dollarlıq mal keçirmək olar”


12:03     26 Sentyabr 2018 2018/09/gomruk_2837576_1537949143.jpg

“Hər bir fiziki şəxs gömrükdən dəyəri 1500 dollardan artıq olmamaq şərti ilə mal keçirə bilər”.


Femida.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Prosedurlarının İdarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov deyib:

“Hər bir fiziki şəxs öz adına keçirdiyi 1500 dollardan əlavə, hər bir 18 yaşına çatmamış şəxsin adına 500 dollara qədər mal keçirə bilər. Həmin uşaqlar onun qəyyumluğunda olmalıdır. Qəyyumluğunda olmayan uşaqlar üçün onun valideynlərindən müvafiq etibarnamə alınmalıdır. Lakin bu o demək deyil ki, azyaşlılardan kommersiya məqsədləri üçün istifadə etmək olar".

"Yaxud başqa bir halı da qeyd edim ki, fiziki şəxsin özü üçün aldığı mobil telefonun qiyməti 1500 dollardan artıqdırsa, bu halda yerdə qalan məbləğ uşaq üçün nəzərdə 500 dollarlıq limitdən çıxılmır. Başqa sözlə desək, şəxsin aldığı cihaz üçün 1500 dollar çıxılır və yerdə qalan məbləğə gömrük rüsumu tətbiq edilir” - deyə Elçin Rüstəmov qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Gömrük   #Dollar   #Uşaq   #Ticarət  

Oxunub: 1186