Mahir Emrelinin spirtli içki ilə görüntüsü yayımlanıb


15:23     29 Oktyabr 2021 2021/10/96be5a46-ed13-3e1a-9ef6-a57ac5003f2b_850_1635505749.jpg

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.

Femida.az-ın "Polskatimes" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə fotosu tviterdə paylaşılıb.

Fotonun avqustda çəkildiyi yazılıb. Polşa mətbuatının iddiasına görə, Emrelinin Abu Hanna ilə spirtli içki qəbul edib.

Qeyd edək ki, "Legiya" klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verir. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1375