Bakıda küçədə qumbara aşkarlandı
16:38 30 Oktyabr 2021
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində polis əməkdaşı tərəfindən sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən Femida.az -a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 markalı əl qumbarası olduğu müəyyən edilib.
Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
- Sumqayıtda qumbara tapılıb
- Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir
- Beyləqan sakinindən odlu silah və qumbara aşkar edilib
- Mingəçevirdə keçmiş məhkumun kirayədə yaşadığı evdən qumbara və heroin aşkarlanıb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Erməni terrorçu Azərbaycan hərbçilərinin olduğu posta qumbara atıb, yaralanan var - FOTO+VİDEO
- Türkiyənin yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb