Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir


11:53     24 Mart 2022 22_03_24_1648108461.jpg

Almaniya Ukraynaya 2 min əl qumbaraatanları vermək niyyətindədir.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyi silah tədarükü ilə bağlı Federal Təhlükəsizlik Şurasına müvafiq sorğu göndərib.

Qeyd edək ki, fevralın 26-da Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya silah tədarükünü təsdiqləyib. Berlin Kiyevə 1 000 tank əleyhinə silah və 500 "Stinger" raketi göndərmək qərarına gəlib. Daha sonra Ukraynaya 2 700 “Strela” zenit-raket kompleksi göndərilib.

Açar sözlər:

Oxunub: 491