Türkiyəyə göndərilən daha 10 qazi Vətənə dönüb
17:15 01 Noyabr 2021
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilər sağalaraq Vətənə geri dönüblər.
Fonddan Femida.az-a verilən məlumata görə, Türkiyəyə göndərilən qazilərdən Duniyev Kamil Əlibala oğlu, Əkbərov Xəyal Hüseyn oğlu, Əliyev Kamran Yasir oğlu, Ağaməmmədov Yusif Fizuli oğlu, Şükürov Tural Vüqar oğlu, Əzizli Səddam Nazim oğlu, Həsənov Anar Rasim oğlu, Musazadə Şöhlət Möhübbət oğlu, Quliyev Şahin Famiq oğlu və Camalov Taleh Musa oğlu Vətənə geri dönüblər. Ağır yaralanan və müalicə üçün qazilərin bəziləri qismən, digərləri isə tam sağalıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Femida.az
Oxunub: 531
Oxşar xəbərlər
- Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb
- Türkiyəyə əlavə yanğınsöndürən heyəti göndəriləcək
- Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq Vətənə dönüb
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR - VİDEO
- Türkiyəyə göndərilən daha 2 qazi Vətənə döndü - FOTO
- Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməyin QAYDLARI
- Türkiyəyə yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə getmək olacaq
- Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır
- Türkiyəyə şəxsiyyət vəsiqəsilə getmək mümkün olacaq