Peru Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib
09:08 03 Noyabr 2021
Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı bəyanat qəbul edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən Femida.az -a verilən məlumata görə, sənəddə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıldığı, iki il sonra isə ADR-in bolşevik işğalına məruz qaldığı, ancaq Azərbaycan xalqının öz tarixi dövlətçilik irsini unutmadığı və 1991-ci ildə ikinci dəfə müstəqillik əldə edərək özünü ADR-in varisi elan etdiyi bildirilir və bu ilin 18 oktyabrında “qardaş ölkə Azərbaycanın öz müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” söylənilir.
Bəyanatda Azərbaycanın 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi, habelə beynəlxalq aləmdə müxtəlif din və mədəniyyətlərin birgə yaşayışı üçün model ölkə kimi qəbul edildiyi qeyd olunur. Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbrik ifadə edilir.
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- Peru Konqresi Zəfər Günü ilə bağlı bəyanat qəbul edib
- Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
- Peruda avtobus dərəyə aşıb, onlarla sərnişin həlak olub
- Erməni cinayətləri Perunun ən çox nəşr olunan qəzetində
- Peru Konqresi Azərbaycana təbrik bəyanatı qəbul edib
- Peru Prezidentindən İlham Əliyevə məktub
- Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
- Perunun Azərbaycandakı səfirliyi bağlanır
- AMEA-nın nümayəndə heyəti Peruya dəvət edildi
- İlham Əliyevdən Peru prezidentinə təbrik