Yerə meteorit düşdü - ŞOK


22:00     09 Yanvar 2016 milc-2016-01-09-396503.jpg

Avstraliya ərazisinə yaşı Yer kürəsindən də çox olan meteorit parçası düşüb.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, geoloqlar tərəfindən tapılan meteoritin təqribən 4,5 milyard il yaşı olduğu hesab edilir.

Ümumi çəkisi 1,7 kiloqram olan səma cismi Pert şəhərinin Kurtin Universitetinin alimləri tərəfindən araşdırılır. Alimlərin fikrincə meteorit Marsın orbitindən gəlib.

Meteorit parçasının elmi tədqiqatlar üçün çox əhəmiyyətli olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 1295