Yerə nəhəng asteroid düşə bilər


13:41     29 Yanvar 2017 astroid%20duse5.jpg

İri asteroidin Yerlə toqquşması təhlükəsi barədə növbəti həyəcanlı xəbərdarlıq edilib.


Femida.az Azərtac-a istinadla xəbər verir ki, qlobal miqyaslı fəlakət fevralın 16-da baş verə bilər.

NASA mütəxəssisləri tərəfindən 2016-cı ildə aşkar edilmiş, diametri 500 metrdən 1 kilometrə qədər olan “WF9” kodlu səma cismi məhz həmin gün planetimizə çırpıla bilər. Astronom Damir Demin bəyan edib ki, asteroid sürətlə düz Yerə doğru hərəkət edir.

Onun sözlərinə görə, planetlə toqquşma zamanı nəhəng “meqasunami” dalğası əmələ gələcək və bütöv şəhərlər məhv olacaq, ancaq NASA təhlükəni gizlədir. Astronom “WF9” obyektinin oktyabrda Nibiru sistemindən ayrıldığını da diqqətə çatdırıb.

Bu arada NASA-dan bildiriblər ki, asteroid Yerin 51 milyon kilometrliyindən keçəcək və yaxın gələcəkdə planetimiz üçün təhlükə törətməyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1315