Ucarda oğurluq edən şəxs saxlanılıb
17:24 09 Noyabr 2021
Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri oğurluq əməlini törədən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədov rayon ərazisində yerləşən bir fərdi yaşayış evindən 2 900 manat dəyərində məişət əşyaları və naqil, digər evdən isə 3 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, xalça, su mühərriki və samovar oğurlayıb.
Həmin şəxs saxlanılan zaman isə onun idarə etdiyi “VAZ-2101” markalı avtomobildən bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb.
Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.
Oxunub: 657
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib
- Ucarda şadlıq sarayının sahibi həbs edilib
- Ucarda evində narkotik "parnik"i yaradan şəxs saxlanılıb
- Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO
- Ucarda arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərilib