Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı


20:06     16 Noyabr 2021 21_11_16_1637078802.jpg

Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyəti müzakirə etdiyini bildirib. O, bu barədə özünün Twitter səhifəsində yazıb.

“Tərəfləri təcili deeskalasiyaya və tam atəşkəsə çağırıram. Avropa Şurası firavan və sabit Cənubi Qafqaz naminə gərginliyin aradan qaldırılması üçün tərəfdaşlarla əməkdaşlığın tərəfdarıdır”, - Mişel bəyanatında bildirib.

Açar sözlər:

Oxunub: 643