Daha 3 məktəbdə əyani dərslər bərpa olundu


10:37     17 Noyabr 2021 2021/11/7D8888A5-0B7C-4DDB-8BF6-A485E16FBFCF_1637140439.jpeg

Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az -a verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Femida.az

Açar sözlər: #Məktəb    

Oxunub: 632