Sumqayıtda ictimai yerlərdə koronavirus xəstələri aşkarlanıb
10:20 09 Dekabr 2021
Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Femida.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.
Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri Telman Qasımov, İradə Tağıyeva və Füzuli rayon sakini Telman İmanovdur. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar.
Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, son bir həftədə Sumqayıtda 8 nəfər koronavirus xəstəsi ictimai yerdə saxlanılıb.
Oxunub: 432
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb