Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib


19:02     09 Dekabr 2021 21_12_09_1639062147.jpg

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə Femida.az-a məhkəmədən məlumat verilib.

İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 6-na təyin edilən iclasında baxılacaq.

Açar sözlər:

Oxunub: 651