Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb


16:42     29 İyul 2022 22_07_29_1659098624.jpg

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsini təsdiqləyib.

Femida.az xəbər verir ki, dəyişikliklə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.

İndiyədək bu məbləğ 2475 manat idi. Artım 1075 manat təşkil edir.

Habelə, 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilib.

72.2-ci və 73.6-cı maddələr ləğv edilib, 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılıb.

Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Açar sözlər:

Oxunub: 2748