Ağstafada qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır


10:06     15 Dekabr 2021 21_12_15_1639548405.jpg

Ağstafa rayonunda qətl törətməkdə təqsirləndirilən Sabir Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, bu il sentyabrın 12-i saat 23 radələrində rayonun Köçəskər kəndi ərazisində kənd sakinləri - Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfiq Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara görə, 1986-cı il təvəllüdlü S.Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla həmkəndlisi, 1981-ci il təvəllüdlü Y.Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, onun qardaşı M.Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

S.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 442