Rasim Əkbərovu bıçaqlayan şəxsin məhkəməsi başlayır
17:59 16 Dekabr 2021
Goranboy rayonunda qətl törətməkdə təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Femida.az -ın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il sentyabr ayının 8-də Goranboy şəhərində qeydə alınıb.
Belə ki, X.Məmmədov Rasim Ağa oğlu Əkbərovu bıçaqlayıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən X.Məmmədov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, 1956-cı il təvəllüdlü R.Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri və Azərbaycanın Milli Qəhrəmanı olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.
Oxunub: 423
Oxşar xəbərlər
- Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib
- Rasim Məmmədovun apellyasiya şikayəti təmin edilməyib
- Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
- Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib
- Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub
- Rasim Quliyevin məhkəməsində tikinti şirkətinin rəhbəri dindirilib
- Rasim Balayevin doğum günüdür
- Rasim Əliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
- Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib
- Rasim Balayevin səhhəti pisləşdi - Xəstəxanaya düşdü