Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib


19:05     23 Fevral 2022 22_02_23_1645628735.jpg

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Femida.az -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhərinin baş memarı Akif Abdullayev bildirib ki, birinci instansiya məhkəməsində verdiyi ifadə dəyişdirilib:

"Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur. O, vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətindəki bütün layihələr hazır idi. Rasim Quliyevdə möhür olması barədə məlumatım yoxdur, o bizim işimizə heç bir halda nəzarət etmək səlahiyyətində deyildi".

Daha sonra prosesdə ifadə verən "FF-2011" şirkətinin rəhbəri Tamella İbrahimova bildirib ki, o ərazidə tikinti aparmaq üçün Rasim Quliyevin sərəncamına qədər tikinti sənədlərini həll edib:

"Biz Rasim Quliyevin sərəncamına qədər bütün işləri həll etmişdim. Tikintiyə sərəncamı da almışdım, tikinti nişanını da. Rasim Quliyevin sərəncamının mənə heç bir aidiyyəti yox idi. Rasim Quliyev sərəncam verənə qədər biz binanın 4 mərtəbəsini tikmişdik".

Proses martın 16-da davam edəcək.

Açar sözlər:

Oxunub: 488