Yaşlı müəllimlər işdən çıxarılacaq


18:37     12 Yanvar 2016 iqtisad_universiteti_0503147.jpg

“Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan müəllimlərin, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur”.


Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər: “Universitetdə 917 nəfər müəllim çalışır. Bu rəqəm isə çoxdur”.

Rektor qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb: “Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir”.

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqlarının artırılmayacağını deyən rektor bildirib ki, yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: “Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub. Bundan başqa rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub.”.

Açar sözlər:

Oxunub: 2310