Yaşlı nənə və babasını öldürən nəvə tutuldu
13:59 25 Mart 2016
Qazaxda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb.
APA-nın yerli hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanı qətlə yetirməkdə şübhəli bilinən onların nəvəsi Ruslan və kürəkənləri Elşən şübhəli şəxs kimi saxlanılıb. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər.
Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.
Oxunub: 1183
Oxşar xəbərlər
- Yaşlı kişi özünü asdı
- Yaşlı kişi küçənin ortasında döyüldü
- Yaşlı kişini maşın vurub
- Yaşlı qadını öldürməkdə şübhəli bilinən saxlanıldı
- Yaşlı qadını öldürüb basdırdı - 18 yaşlı oğlan məhkəmə qarşısında
- Yaşlı kişi evində yandı - Zaqatalada
- Yaşlı qadın evində ölü tapıldı
- Yaşlı müəllimlər işdən çıxarılacaq
- Yaşlı erməni Sərkisyanı təhqir etdi – VİDEO
- Yaşlı insanlar niyə intihar edir? - ARAŞDIRMA