Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanılıb


12:12     23 Dekabr 2021 21_12_23_1640249075.jpg

Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsinə dekabrın 22-də saat 10 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Heydərlinin müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini C.Hüseynov saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1095