Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb


12:58     23 Dekabr 2021 21_12_23_1640249167.jpg

Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 22-də Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənovun idarə etdiyi “KİA” markalı avtomobil Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində yerləşən postda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd patron, 1 ədəd “Blow Nagnum” markalı idman tapançası, ona aid daraq, 1 ədəd patron, 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 613