Gəncədə 61 yaşlı kişi dəm qazından zəhərlənib


10:12     24 Dekabr 2021 21_12_23_1640280495.jpg

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi olub.

Femida.az -ın məlumatına görə, Məhsəti qəsəbəsində 1960-cı il təvəllüdlü Z.Əsgərov dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin onun yaşadığı evdə qızdırıcı kimi istifadə olunan qazla çalışan sobanın anidən sönməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 576