Zaqatalada qoyun oğurlayan paytaxt sakinləri tutuldu
02:10 13 Yanvar 2016
Zaqatalada qoyun-quzu oğurlayan Bakı şəhər sakinləri və İsmayıllı rayon sakini həbs edilib.
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kənd sakini Nurəddin Yumuxov Zaqatala RPŞ-ə müraciət edərək bildirib ki, naməlum şəxslər yanvar ayının 3-ü axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 9 baş qoyun-quzu oğurlayıblar. Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Nurəddin Yumuxova məxsus xırda buynuzlu mal-qaranı İsmayıllı rayon sakini, 1984-cü il təvəllüdlü Ziliyev Vüsal Təşkilat oğlu, Bakı şəhəri Lökbatan qəsəbə sakinləri 1998-ci il təvəllüdlü Məhərrəmli Elçin Əlikram oğlu, 1994-cü il təvəllüdlü Novruzov Tofiq Şahalı oğlu və 1997-ci il təvəllüdlü Zaqatala rayonunun Danaçı kənd sakini Adamov Hacımurad Ramazan oğlu əlbir olaraq oğurlayıblar. Keçirilmiş tədbir nəticəsində cinayətin iştirakçıları tutularaq istintaqa təhvil veriliblər.
Təqsirləndirilən şəxslər barəsində Cinayət məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.
Oxunub: 921
Oxşar xəbərlər
- Zaqatalada dəm qazı 3 can aldı
- Zaqatalada “Şəbəkə“ xidmət mərkəzi fəaliyyətə başlayıb
- Zaqatalada ev yanıb
- Zaqatalada Fındıq festivalı keçirilib - İLK DƏFƏ
- Zaqatalada axtarışda olan şəxs tutulub
- Zaqatalada 58 yaşlı velosipedçi ağır yaralandı
- Zaqataladakı körpünün təmiri yekunlaşır
- Zaqatalada maskalı şəxslər evə basqın etdi
- Zaqataladakı güclü yanğın söndürüldü
- Zaqatalada meşə yanır