Zaqatalada dəm qazı 3 can aldı


21:48     31 Dekabr 2017 1436766013_qaz.jpg

Zaqatalada ana və iki uşaq evdə ölü tapılıb.



Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Zaqatala şəhərinin Saləddin Kazımov küçəsində qeydə alınıb.


Evdə kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 1083