Zaqatalada axtarışda olan şəxs tutulub


21:05     16 Noyabr 2017 cinayet%20tutul%20azadliq%20ogur0.jpg

Zaqatalada axtarışda olan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan yayınan şəxs saxlanılıb.
Belə ki, Cinayət Məcəlləsinin oğurluq maddəsilə barəsində axtarış elan edilmiş, Zaqatala şəhər sakini Elçin Rəşidov polis əməkdaşları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırma davam etdirilir.

Açar sözlər:

Oxunub: 857