Ağstafa sakinində narkotik və silah aşkar edilib
12:20 18 Yanvar 2022
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Sadıqovun əlindəki digər sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “revolvre” markalı tapança və 4 ədəd “makarov” tipli tapançaya aid 9 mm-lik patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 401
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafanın qazla təchizatında fasilə yaranacaq
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb