Salyan sakinindən narkotik götürülüb
10:12 20 Yanvar 2022
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hümmət Piriyev şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 1 kiloqram 80 qram olan marixuana və bir ədəd 7,62 mm patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı H.Piriyev narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 598
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyan sakini rabitə operatorunun qülləsinə çıxaraq özünü atmaq istəyib
- Salyan sakini intihar edib
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb