Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verib


13:12     20 Yanvar 2022 22_01_20_1642664785.jpg

Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Femida.az xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycanın azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, - B.Yıldırım paylaşımda bildirib.

Açar sözlər:

Oxunub: 378